`Neftçi`nin 8 ildən sonra ilk qələbəsi

`Neftçi`nin 8 ildən sonra ilk qələbəsi
  23 Noyabr 2015    Oxunub:2304
Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Günün ilk qarşılaşması Lənkəranda baş tutub. "Xəzər Lənkəran" klubu öz meydanında "Neftçi"ni sınağa çəkib. Paytaxt təmsilçisi "Xəzər"i məğlub etməyi bacarıb.

Hesabı 60-cı dəqiqədə "Neftçi"nin oyuncusu Elşən Abdullayev açıb. 75-ci dəqiqədə Fəhmin Muradbəyli hesabda fərqi artırıb. Oyun 0:2 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.

13 oyundan sonra "Neftçi" 16 xalla 6-cı, "Xəzər Lənkəran" isə 12 xalla 8-ci pillədədir.

Qeyd edək ki, bu, "Neftçi"nin Lənkəranda 8 illdən sonra qazandığı ilk qələbədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti