Şər məqamı

Şər məqamı
  22 Noyabr 2015    Oxunub:7992
Sahib Məmmədov
Şura üzvü

Bəzən şər üçün əlverişli məqamlar olur. Şərçilər bu fürsətdən yararlanmaq üçün bu məqamlardan istifadə etməyə çalışırlar. Bir halda kiminsə verdiyi “tula payı” müqabilində, digır halda “bəlkə mənim ağzıma sümük atdılar” gümanı ilə.

MTN işindən sonra elə orda olan bəzilərinin himayəsi ilə şər üzrə ixtisaslaşanlar, təzə hami axtarışındadır. Həm də “vurmaq” üçün yeni “obyektlər” tapırlar. Obyekt kimi seçilən təsisatlardan biri də Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və onun sədri Azay Quliyevdir.

Hollandıyada yaşayan mühacir Ataxan Əbilovu biz abırlı və mədəni bir insan kimi tanıyırıq. Hər halda belə görünür. Amma o da adından belə şər-böhtan olduğu görünən materialı paylaşıb və hətta şərh də yazıb. Ziyalımız hətta başqasının ünvanına yumuşaq desək korrekt olmayan fikirlər də yazıb. Mən ona qısa yazdım ki, “böhtan yaymaq özünə hörmətsizlikdir” O isə mənə sullar ünvanlayıb.

Buyurun Ataxan bəy cavabların aşağıdadır. Təkzib etmək üçün imkanınız varsa buyurun.

600-dən çox QHT-ni birləşdirən Milli QHT Forumu 1999-cu ildə yaranıb. İndi onun sədri Rauf Zeynidir. Rauf Zeyni Azay Quliyevin bibisi oğlu deyil.

Şura yaranandan və maliyyə müsabiqələrinin nəticələrini dərc edir, özü də dərhal. Yeri gəlmişkən bu məcburi tələb deyil. Şura şəffaflıq naminə bunu edir. Əgər bu şərçilərin dediyi kimi olsaydı, onda Şura niyə dərc edirdi ki, bu məlumatları? İllər üzrə məlumatlar Şuranın rəsmi saytında və digər saytlarda var. Azacıq vicdanı olsaydı bu şər maşınının sürücülərinin, əlbəttə yazmazdan əvvəl, sayta girib araşdırma aparardı.

Milli QHT Forumunun 5 regionda olan Resurs Mərkəzləri heç hüquqi şəxs də deyillər. Şura isə yalnız hüquqi şəxs olan QHT-lərə birbaşa maliyyə yardımı ayıra bilər. Şura Azay Quliyevin “bibisi oğlunun” təşkilatına, hansı ki, 600 təşkilatı birləşdirir, bir il ərzində 10-12 min manat maliyyə yardımı ayırır. İstisna bu il olub. 20 000 manat.

Şuranın azsaylı əməkdaşları bütün Azərbaycanın xəritəsini əhatə edir. Onlar şura sədri ilə nəinki, qohum, heç yerli də deyillər. Bəlkə 1 nəfər və ya iki nəfər Qərbi Azərbaycanl var, bəlkə də yoxdur. Amma olandə nə olsun? Şura Katibliyinin İcraçı direktoru Masallı rayonundadır, Azay Quliyevlə heç bir qohumluq əlaqəsi yoxdur. Baş mühasib də həmçinin.

Şura nəşriyyatının direktorunun adını yazdılar KİV-də gedin yoxlayın. Görün Şuraya aid kiminləsə qohumluq əlaqəsi var, ya yoxdur. Ümumiyyətlə Şura Nəşriyyatı ona görə yaradılıb ki, QHT-lər nəşrlərini kommersiya nəşriyyat və mətbəələrinə verməsinlər. Bunun nəyi pisdir? Yeri gəlmişkən məcburiyyət də yoxdur. Nəşrlər üçün xüsusi komissiya var, nəşriyyat hər hansı nəşri çap etməzdən əvvəl onun dizaynına bu komissiya baxır ki, dövlər atributu olan gerbi hərə necə gəldi yerləşdirməsin.

Satınalma və katirovkalar haqqında. Şura o qədər də mal və texnika almır. İldə 5-6 dəst kompüter, bir neçə ildən bir bir iki dəst mebel almaq üçün Azay Quliyev şirkət yaratmalı idi? Satınalmalar üzrə məlumatlara baxanda heç adı gedən şəxsə məxsus hər hansı bir hüquqi və ya fiziki şəxsin adı yoxdur. Böhtanınız başınıza dəysin.

Şuranın tədbiri adı altında maliyyə yardımını silmək olmaz. Nazirlər Kabineti hər il büdcə təsnifatını verir. Müsabiqə üçün nəzərdə tutulan vəsait ayrı, Şura xərcləri, o cümlədən Şura katibliyinin xərcləri ayrı-ayrı maddələrdir. Vəsaitlərin birinin digərinə transferi mümkün deyil. Bu qədər savadsız olmayın.

Şura sədri uzun müddətdir ki, vətəndaş cəmiyyətinin ən aparıcı şəxslərindəndir. Onun bu sferada çoxsaylı dostları və ardıcılları var. Seçki zamanı Umud Rəhimoğlu və ya Azay Quliyevin 90-cı illərdən əməkdaşlıq etdiyi bir neçə şəxs könüllü olaraq vəkil olubsa, bundan başqa məna güdmək sadəcə şərəfsizlikdir. Siz KİV olmasanız da sabah nəsə bir iş görsəniz ilk növbədə yanınızda kimlər olacaq? Sizlərin yanında özünüzə tay “reketlər” olacaq, bu bəllidir. Amma normal jurnalistlər də vardı, namizəd olan, bütün kampaniyanı kolleqaları aparırdı.

Belə deyim var, deyəsən Leninə məxsusdur. “sən çamuru at, qoy o üstünü təmizləməklə məşğul olsun, sən isə işini gördün”. Sizlərin gördüyü iş bundan artıq olmaz. Əvvəl xidmət etdiyiniz şəxslər sıradan çıxıbsa, özünüzə yeni sahib axtarışı üçün daha yaxşı yollar fikirləşin. Həm də Şura KİV-lərlə (elə bilməyin ki, sizləri də KİV sayan var) şəffaf əməkdaşlıq edir. Qiymətiniz 5 qəpik olsa da o pulu gözləməyin. Bizim 5 qəpik artıq pulumuz yoxdur.




Teqlər:





Xəbər lenti