Otüstü hokkey komandaları ləğv edildi

Otüstü hokkey komandaları ləğv edildi
  12 Noyabr 2015    Oxunub:2667
Bu gün Azərbaycan otüstü hokkey yığmasının üzvləri və məşqçiləri “Exelsior” otelin qarşısında aksiya keçirib. Onlar maaşlarının verilməsini tələb ediblər.
AzVision.az xəbər verir ki, Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev Lent.az-a bildirib ki, ölkədəki otüstü hokkey komandaları və yığmalar bu ilin iyul ayının 1-dən buraxılıb: “Həmin tarixdən etibarən otüstü hokkey komandaları da buraxılıb. Ümumilikdə isə bu sahədə olan 400-500 nəfər, həm idmançılar, həm də məşqçilər və digər texniki heyət üzvü var. Onlara verilməli olan maaşın ümumi miqdarı isə 50 min manata yaxındır”. Federasiya rəsmisinin sözlərinə görə, ölkədə otüstü hokkey idman növü üzrə bütün fəaliyyətlər artıq dayandırılıb.

Federasiyadan maaşlarının tələb edənlər arasında ukraynalı və pakistanlı legionerlər və texniki işçilər də var.

Federasiyadan o da bildirildi ki, məsələ ilə bağlı prezidentə müraciət olunub. Ölkə başçısı məsələnin araşdırılmasını Gənclər və İdman Nazirliyinə tapşırıb.


Teqlər:  





Xəbər lenti