AFFA 4 klubu 5000 cərimələdi

AFFA 4 klubu 5000 cərimələdi
  03 Noyabr 2015    Oxunub:1779
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XI turunun qarşılaşmalarında baş verənlərlə bağlı müzakirələr aparılıb. Nəticədə 4 klub ümumilikdə 5000 manat məbləğində cərimələnib.

Komitə “Sumqayıt” – “Neftçi” matçında hər iki komandanı cəzalandırıb. Qonaqlar 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ödəyəcək. “Rəvan” – “Xəzər Lənkəran” görüşünün 80-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə üçün hər iki klub 1000 manat cərimə olunub.


Teqlər:





Xəbər lenti