Göygöldə ağır qəza, 4 nəfər yaralanıb

Göygöldə ağır qəza, 4 nəfər yaralanıb
  10 Oktyabr 2015    Oxunub:1618
Göygöldə avtomobil körpünün beton maneələrinə çırpıldı, 4 nəfər yaralandı.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Göygol rayonundan keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gəncə şəhər sakini 46 yaşlı Naməddin Babayev QAZ 24 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi Quşqara çayının üzərindəki körpünün beton maneələrinə çırpılıb.

Qəza nəticəsində sürücü və onun sərnişinləri - 25 yaşlı İlqar Rüstəmov, 29 yaşlı Vüqar Rüstəmov və 17 yaşlı Zəfər Hüseynov ağır bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-nın travmotologiya şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərilən yaralıların vəziyyəti stabildir. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti