Çunayev dünya lideri oldu - Reytinq

Çunayev dünya lideri oldu - Reytinq
  10 Oktyabr 2015    Oxunub:5040
Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
Güləş Federasiyasından verilən məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib.

Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev Las Veqasda keçirilən Dünya çempionatında da qızıl medal qazanmaqla reytinqdəki mövqeyini daha da möhkəmləndirib. O siyahıda ilk sırada qərarlaşıb. Dünya çempionatında yalnız finalda məğlub olan Rövşən Bayramov öz çəkisinin reytinq siyahısında ikinci pilləyə yüksəlib.

Dünya çempionatının bürünc medalçısı Saman Təhmasibi reytinqdə 4-cü olub. Çempionatı 5-ci sırada tamamlayan Elvin Mürsəliyev və Sabah Şəriəti isə müvafiq olaraq 5-ci pillədə qərarlaşıblar. İlk onluqda yer alan güləşçilərimizdən biri də Rafiq Hüseynovdur. Rafiq siyahıda 8-ci sıradadır.

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (nr)
12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (5)

66 kq
12. Həsən Əliyev - Avropa Oyunları 3-cü yer (8)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
5. Elvin Mürsəliyev - Dünya çempionatı 5-ci yer (4)

80 kq
8. Rafiq Hüseynov - Avropa Oyunları 2-ci yer (2)

85 kq
4. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (nr)
13. İslam Abbasov - Paris Qran Pri turniri 3-cü yer (7)

98 kq
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (7)

130 kq
5. Sabah Şəriəti - Dünya çempionatı 5-ci yer (10)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Teqlər:





Xəbər lenti