ATƏT rəsmiləri ermənilərin yaraladığı azərbaycanlı ilə görüşdü
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə məruz qalan Kəmərli kəndindəki ziyan dəymiş evlərə baxış keçirib və yerli sakinlərlə görüşüblər.
Beynəlxalq təşkilatın nümayəndələri sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində yaralanmış Esmira Dursunova ilə görüşüb və onun səhhəti ilə də maraqlanıblar.
Teqlər: