Ermənistanda referendumunun tarixi bilindi

Ermənistanda referendumunun tarixi bilindi
  09 Oktyabr 2015    Oxunub:2640
Ermənistan prezidenti Serj Sarkisyan ölkədə konstitusiya referendumunun keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu ölkədə referendum dekabrın 6-ı keçiriləcək.

Qeyd edək ki, oktyabrın 5-i Ermənistanın parlamentində deputatlar Konstitusiya islahatların keçirilməsinə dair qanun layihəsini dəstəkləyiblər.

Qanun layihəsinin lehinə 104, əleyhinə isə 10 nəfər səs verib. Daha üç deputat isə bu məsələdə bitərəf qalmağa qərar verib. Səsvermənin nəticələri elan olunduqdan sonra parlamentdə hay-küy qalxıb.

Ermənistan parlamentində səsvermənin getdiyi vaxt Konstitusiya dəyişikliyinin əleyhinə olan şəxslər parlament binasının qarşısında etiraz aksiyaları keçiriblər. Polislə aksiya iştirakçıları arasında toqquşma baş verib. Aksiya iştirakçılardan bəziləri xəsarət alıb. Xeyli sayda insan həbs olunub.

Yeni Konstitusiya ilə Ermənistanda “yarımprezident idarəetmə sistemi” ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq.

Bununla yanaşı, prezidentin az da olsa bəzi istisna, simvolik səlahiyyətləri olacaq.
Qeyd edək ki, parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə istefa verə və Ermənistan Respublika Partiyasının siyahısının başçılıq edən şəxs olaraq qalib gələrsə, baş nazir kimi fəaliyyətini davam etdirə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti