Azay Quliyevin Seçki Qərargahı fəaliyyətə başlayıb
Umud Rəhimoğlu, Vaqif Mustafayev, Sevda Tahirli, Əvəz Həsənov, Həmid Mehdiyev, Firudin Məmmədov və Elvin Aslanov Azay Quliyevin vəkilləridir. Mərkəzi Seçki Qərargahının rəhbəri Asif Əsgərli, mətbuat xidmətinin rəhbəri Aqil Camaldır.
Təbliğat-təşviqat kampaniyası dövründə Azay Quliyevin seçicilərlə seçki dairəsinin bütün ərazisini əhatə edən müxtəlif formatlı görüşlərinin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, dairə ərazisində deputatlığa namizədin dörd Seçki Qərargahı fəaliyyət göstərir. Qərargahlarda təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə aparılması, həmçinin, seçicilərin səlahiyyətli şəxslərlə, vəkillərlə fərdi və qrup halında görüşmələri üçün hər cür şərait yaradılıb.
AzVision.az
Teqlər: