`Cəmil Həsənli özünə hörmət qoymur` - Etirazlar
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə Cəmil Həsənliyə sual ünvanlayıb.
“Bu adam öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. O demişdi ki, deputat mandatı ya satılır, ya da peşkəş edilir. Ona sual verdim ki, sənə kim deputat mandatını peşkəş edib və ya kimdən satın almısan. Kişiliyi çatmadı deməyə. İndi nə olub kişiləşib?”
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə hesab edir ki, Cəmil Həsənlinin bu yanaşması onun yaşına, başına və daşıdığı elmi ada yaraşmır: “Nəticələri müəyyən edən Azərbaycan xalqının iradəsidir. Ona görə də Cəmil Həsənlinin bu fikirləri Azərbaycan xalqının iradəsinə böhtan atmaqdan başqa heç nə deyil. Onun özü vaxtilə deputat seçilib.
Məsələyə onun məntiqi ilə yanaşsaq belə çıxır ki, Cəmil Həsənli özünün dediyi kimi seçilən deputatlardandır. Hesab edirəm ki, bu və bunun kimi fikirlərin heç bir əsası yoxdur. Ona görə də belə cəfəng fikirləri ictimai rəyə gətirmək siyasətlə məşğul olan ziyalıya yaraşmaz.
Bu gün ölkədə siyasi partiyalar arasında münasibətlər və onların cəmiyyətdə yeri, rolu var. Hər bir siyasi partiya cəmiyyətdə tutduğu yerə görə seçkidə konkret nəticələr əldə edir. Cəmil Həsənlinin yaydığı siyahıda əsas yeri Yeni Azərbaycan Partiyası tutur ki, bu partiya seçkinin favoritidir”. - deyə F. Ağamalı vurğulayıb.
Elvin Abdulqədirov