Göyçay `ASAN xidmət`i özünəməxsus qarşıladı - FOTOLAR

Göyçay `ASAN xidmət`i özünəməxsus qarşıladı - FOTOLAR
  09 Oktyabr 2015    Oxunub:2774
“Səyyar ASAN” xidmət Göyçayda özünəməxsus bir tərzdə qarşılanıb.
AzVision.az xəbər verir ki, xidmətin gəlişi münasibəti ilə xüsusi sərgi təşkil edilib. Ən yadda qalan nüans isə nar dənələri ilə xidmətin adı həkk olunmuş tablo olub.

Bundan başqa tədbir iştirakçıları səyyar şəkildə göstərilən xidmətlərdən yararlanan vətəndaşlara hədiyyə olaraq Göyçayın simvolu olan nar paylayıb.

Qeyd edək ki, “Səyyar ASAN” xidmət “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

“Səyyar ASAN” xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

“ASAN xidmət” vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, zaman itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların şəxsi rahatlığının təmin edilməsinə imkan verir. Bu konsepsiyada əsas prinsiplər kimi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq müəyyən edilib.

Qalereya




Teqlər:  





Xəbər lenti