Blatter və Platini niyə qovuldu?

Blatter və Platini niyə qovuldu?
  09 Oktyabr 2015    Oxunub:2092
FİFA-nın etika komitəsi təşkilatın keçmiş prezidenti Zepp Blatteri, bu posta mümkün namizəd, UEFA-nın prezidenti və FİFA-nın vitse-prezidenti Mişel Platinini, həmçinin FİFA-nın baş katibi Jerom Valkeni 90 gün müddətinə vəzifələrindən kənarlaşdırıb.

Bu addım təşkilatın rəhbərliyinə qarşı FİFA-nın apardığı təhqiqatla bağlı atılıb.

Ötən ayın axırlarında İsveçrə prokurorluğu futbol üzrə kubokların birinin televiziya yayım hüququnun satılması ilə əlaqədar Zepp Blatterə qarşı cinayət işi başlayıb. İsveçrəli müstəntiqlər 2011-ci ildə Blatterin 2 milyon İsveçrə frankını indiyə qədər cinayət işində müttəhim qismində deyil, şahid qismində iştirak edən Mişel Platiniyə verdiyini iddia edirlər.

UEFA prezidenti bu pulu müqaviləyə və gördüyü işə görə qanuni əsasda aldığını bildirir.


Teqlər:





Xəbər lenti