Türkiyəli general Gəncədə - Fotolar

Türkiyəli general Gəncədə - Fotolar
  08 Oktyabr 2015    Oxunub:2126
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gəncə şəhərində olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar Gəncə şəhərində olublar. Fəxri qonağı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşılayıb və səfər müddətində müşayiət edib.

Fəxri qonağın səfər proqramının mədəni-kütləvi hissəsinə uyğun olaraq Gəncə şəhərindəki Heydər Əliyev park-kompleksi və Mərkəzini, dahi Nizaminin məqbərəsini, Türkiyənin Baş Konsulluğunu ziyarət edib. Qonaq Gəncə şəhərinə səfərindən məmnunluq bildirib, ziyarət etdiyi tarixi yerlərdə xatirə kitablarına ürək sözlərini yazıb.

Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Qalereya




Teqlər:





Xəbər lenti