Koçaryandan Sarkisyana` tərs sillə`

Koçaryandan Sarkisyana` tərs sillə`
  07 Oktyabr 2015    Oxunub:3624
Ermənistanın sabiq prezidenti Robert Koçaryan xələfi Serj Sarkisyanın təşəbbüsü ilə mövcud Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliyi etmək qərarını ölkə üçün “son dərəcə təhlükəli” nəticələri olan “böyük səhv” adlandırıb.
“Bu gün konstitusiya islahatına, özü də belə radikal xarakterli, heç bir ehtiyac yoxdur”, - öz qeyri-rəsmi “2rd.am” saytına müsahibədə Robert Koçaryan bəyan edib.

1997-ci ildə Dağlıq Qarabağdan Ermənistana gətirilən və 1998-ci ildə Ermənistan prezidenti seçilmiş Robert Koçaryan 10 ildən sonra bu vəzifədə onu əvəz edən həmyerlisi Serj Sarkisyanın konstitusiya islahatı təşəbbüsünü daha əvvəl də tənqid edib və Ermənistanın mövcud problemlərinin heç də hazırda qüvvədə olan Konstitusiyası və, ələlxüsus, dövlət idarəetmə forması ilə bağlı olmadığını qeyd etmişdi.

“Ölkənin fərsiz ya uğurlu idarə edilməsi bunun haradan - prezident iqamətgahından, yaxud baş nazir kabinetindən - edildiyindən asılı deyil”, - Koçaryan demişdi.

Serj Sarkisyanın sələfi hesab edir ki, ölkənin üzləşmiş olduğu problemləri qüvvədə olan Konstitusiya çərçivəsində də həll etmək olar, bir halda ki, onun [Konstitusiyanın] funksionallığını heç kəs şübhə altına qoymur.

Bazar ertəsi günü Ermənistan parlamentinə təqdim edilmiş və qəbul olunmuş Konstitusiya layihəsinə gəldikdə, Robert Koçaryan onun "ehtimal etdiyi pisdən daha pis" olduğunu qeyd edir.

"Söhbət artıq yarım-prezident və ya parlament idarəetmə forması seçimindən getmir. Konstitusiya layihəsi özündə de-fakto birpartiyalı sistemə – yəni siyasi monopoliya və durğunluğa - yuvarlanma təhlükəsini ehtiva edir", - Koçaryan deyir.

Sovet Konstitusiyası da, sabiq Ermənistan prezidentinin sözlərinə görə, çoxlu gözəl sözlər ehtiva edirdi, lakin onun SovİKP-nin rəhbər və yönəldici roluna dair 6-cı maddəsi kommunistlərin siyasi monopoliyasını qanuniləşdirirdi.

“SSRİ-nin sonu hamıya məlumdur. Konstitusiya layihəsinin insan haqları və dövlətin sosial qayələri haqqında ümumi gözəl ifadələrlə doldurulması parlament idarəetməsinin lap məğzini məhrum edən Milli Məclisin tamamilə yolverilməz üsulda formalaşması üçün kamuflyaja bənzəyir”, - Robert Koçaryan deyir.

Koçaryan hesab edir ki, Konstitusiya layihəsinin 89-cu maddəsi parlamentdə - bu isə o deməkdir ki, həm hakimiyyətdə - bir partiyanın üstünlüyünü təmin etməlidir.
“Bizim reallıqda bu, heç də öz populyarlığından asılı olmayaraq, inzibati və maliyyə resurslara sahib olan partiya olacaq. Ermənistanda partiyadaxili demokratiyadan əsər-əlamət belə olmadığı halda isə, hamilik idarəetmə illər boyu qaçılmaz bəla, durğunluq mənbəyi və qüsurlu sistemin yenidən hasil olmasının aləti olaraq qalacaq. Əslində təqdim olunan layihə siyasi inhisarı konstitusiya normasına çevirir”, - Koçaryan hesab edir.

“Mən ölkəmə belə gələcək arzulamıram, ona görə də birmənalı bu islahatların əleyhinə çıxış edirəm. Böyük səhvə yol verilir, və onun nəticələri Ermənistanın gələcəyi üçün son dərəcə təhlükəlidir”, - Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. (BBC)


Teqlər:





Xəbər lenti