Ölkədə dərman qıtlığı yarana bilər?

Ölkədə dərman qıtlığı yarana bilər?
  07 Oktyabr 2015    Oxunub:1493
Tarif Şurasının növbəti iclasında verilən qərara görə daha 1126 dərman preparatlarının qiyməti aşağı salınıb. Tarif Şurasının qiymətləri yenidən tənzimləməsindən sonra bəzi dərman firmaları bir sıra dərmanların idxalını dayandırır. Bu dərman bazarına necə təsir edəcək?

Dərman preparatlarının qiymətinin tənzimlənməsi ilə bağlı Tarif Şurasının qərarından sonra ölkəyə dərman idxal edən bəzi firmalar müxtəlif addımlar atırlar. Belə ki, həmin firmalar qiyməti tənzimələnən bir sıra dərmanların idxalını dayandırır. Bu isə həmin dərmanlarla bağlı ölkədə qıtlıq yarana bilərmi sualını aktuallaşdırır.

Səhiyyə nazirliyində isə hesab edirlər ki, əsas olan dərmanların adı yox tərkibi və təsiredici maddələrdir. Eyni tərkibə malik çoxlu sayda alternativ dərmanlar bazarda hər zaman var. Amma nəzərə almaq lazımdır ki sadə vətəndaş dərmanları həkim resepti əsasında, adlarına görə alır. Yəni onun tərkibi barədə məlumatlı olmur. Bu zaman isə məsuliyyət resepti yazan həkimlərin üzərinə düşür.




Teqlər:





Xəbər lenti