İŞİD azərbaycanlıların başını kəsib - FOTO

İŞİD azərbaycanlıların başını kəsib - FOTO
  07 Oktyabr 2015    Oxunub:3098
İŞİD terror qruplaşması Azərbaycandan "inam üçün vuruşmağa" gəlmiş şəxslərin başını kəsib.
Bu barədə İŞİD terror qruplaşmasının döyüşçüsü kimi Suriyada olan və möcüzə nəticəsində oradan vətəninə qaçmış 25 yaşlı tacikistanlı Fərrux Şərifov danışıb.

Tacikistanın Xocənd şəhərinin sakini terrorçuların azərbaycanlıların başını necə kəsdiyinə canlı şahidlik edib. Onun sözlərinə görə, bir dəfə o, Azərbaycandan gəlmiş bir neçə nəfərin başının kəsilməsinə şahidlik edib. Cəlladlar onları "xəvaric" adlandıraraq inamdan döndükləri üçün edam ediblər. Şərifov qeyd edir ki, öldürülmək üçün şifahi xəbərçilik kifayətdir: insanı "inamı təhqir etdi"yini deyirlər və ya kürdlərin xeyrinə casusluqda ittiham edib dərhal edam edirlər. (Ans)




Teqlər:





Xəbər lenti