Prezident Ucardan Göyçaya getdi - Yenilənib (FOTOLAR)

Prezident Ucardan Göyçaya getdi - Yenilənib (FOTOLAR)
  07 Oktyabr 2015    Oxunub:4186
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

***

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

***

Prezident İlham Əliyev daha sonra Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu.

***

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb.

Dövlətimizin başçısı əvvəlcə “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi ilə tanış oldu.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonra xatirə şəkli çəkdirildi.

***

Daha sonra Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.

Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

***

Preziden İlham Əliyev səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Ölkə başçısı ikimərtəbəli binada yaradılan şəraitlə tanış oldu.

***

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçaya səfəri çərçivəsində Şahmat Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbin müəllim və şagirdləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

***

Prezident İlham Əliyev Göyçaya səfəri çərçivəsində oktyabrın 6-da “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev 2010-cu ilin fevralında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu stansiyanın əsas komponentləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev stansiyanı işə saldı.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti