Cəlilabadda 3 otaqlı ev yanıb

Cəlilabadda 3 otaqlı ev yanıb
  07 Oktyabr 2015    Oxunub:1718
Cəlilabadda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Uzuntəpə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Teqlər:





Xəbər lenti