Avtomobil yollarına görə vəzifəli şəxslər cərimələnəcəklər

Avtomobil yollarına görə vəzifəli şəxslər cərimələnəcəklər
  06 Oktyabr 2015    Oxunub:1834
Azərbaycanda avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər.
AzVision.az. xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcklər.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev.


Teqlər:





Xəbər lenti