Elmi təşkilatlarda magistratura yaradılacaq- Azərbaycanda

Elmi təşkilatlarda magistratura yaradılacaq- Azərbaycanda
  06 Oktyabr 2015    Oxunub:2319
Parlamentin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, dəyişiklik magistratura ilə bağlıdır. Qüvvədə olan qanuna əsasən indiyə qədər magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılıb.

Dəyişikliyə görə, bundan sonra magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələri ilə bərabər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda da yaradıla bilinəcək.

Qanuna edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti