Məmurlara “WhatsApp” və “Google” qadağası

Məmurlara “WhatsApp” və “Google” qadağası
  06 Oktyabr 2015    Oxunub:3178
Rusiya Dövlət Dumasında irəli sürülən yeni qanun layihəsinə əsasən dövlət qulluqçularına “WhatsApp”, “Yahoo” və “Google”da n istifadə etmək qadağan olunacaq.

Bu barədə AzVision.az “İzvestiya” qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən belə bir qanun qəbul olunmasına səbəb xidməti informasiyanın xarici kəşfiyyat idarələrin əlinə keçməsinin qarşısını almaqdır.

Yeni qanun layihəsinin müəllifləri “Rusiyanı qoruyaq” ictimai birliyinin sədri Mixail Marçenko və Rusiya Federasiyası Kommunist Partiyasından deputat seçilən Vadim Solovyovdur.

“Yüksək rütbəli məmurlara ötürülən istənilən informasiya birbaşa olaraq xarici kəşfiyyat oqranlarının marağındadır”, - deyə Marçenko bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti