İraq və Anqola arasında qalan Azərbaycan

İraq və Anqola arasında qalan Azərbaycan
  06 Oktyabr 2015    Oxunub:2339
Bu günlərdə Qərbdə ölkələrin sıralandığı daha bir reytinq cədvəli meydana çıxdı. Yaxşı ölkələrin reytinqi (Good Country Index) adlanan bu “yaxşılar” siyahısında ölkəmiz 125 ölkə arasında 122-ci yerdə, bir az da dəqiqləşdirsək Anqola və İraq arasında qərarlaşıb.

Biz uzun müddət ölkəni, rəhbərliyi , ölkədəki iqtisadi durumu, təhsil sistemini, yol polisini və s tənqid edə bilərik. Amma 125 ölkə arasında 122-ci olmaq nə dərəcədə obyektivdir? Özü də ərazisinin böyük bir hissəsi İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən işğal olunan İraqın yanında.

Bundan əlavə, siyahıda Azərbaycandan yuxarı yerlərdə Ruanda, Sudan, Konqo qərarlaşıb. Siyahıda 95-ci yeri Rusiya, 94-cü yeri isə Honduras tutub.

Lakin ən maraqlısı bundan ibarətdir ki, əhalisi kütləvi şəkildə ölkəni tərk edən Ermənistan reytinqdə 72-ci yerdə qərarlaşıb. Ondan bir pillə yuxarıda isə Mozambik gəlir. Mən heç vaxt Mozambikdə olmamışam. Ola bilsin ki, orada hər şey doğurdan da yaxşıdır. Mən Ermənistanda da olmamışam, lakin erməni KİV-ni izləyirəm. Necə ola bilər ki, bu təcavüzkar ölkə Azərbaycan və Rusiyanı qabaqlasın? Ermənistanda hətta Çini (107), Türkiyə (79) və Qazaxıstanı (80) da üstələyib.

Yeri gəlmişkən reytinq bu kriteriyalara görə tərtib olunub: “Elm və Texnologiya”, “Mədəniyyət”, “Sülh və təhlükəsizlik”, “Dünya birliyinə verilən töhfə”, “Planet və iqlim”, “Çiçəklənmə və sabitlik”, “Sağlamlıq və səhiyyə”.

Reytinqdə ilk pilləni İrlandiya, sonuncu yeri isə Liviya tutub. Azərbaycan isə 122-ci pillədə qərarlaşıb. İndi gəl bundan sonra Qərb reytinqlərinə inan.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti