Prezidentdən yeni təyinatlar
AzVision.az xəbər verir ki, sərəncama əsasən Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bundan əlavə Domeniko Kokonun İtaliyanın Kataniya şəhərində Azərbaycanın fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla D.Koko İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
AzVision.az