ABŞ Əfqanıstana görə üzr istədi

ABŞ Əfqanıstana görə üzr istədi
  04 Oktyabr 2015    Oxunub:2185
Əfqanıstandakı beynəlxalq qüvvələrin komandanı general Con Kempbell şənbə günü bu ölkənin prezidenti Əşrəf Qəni Əhmədzay ilə görüşüb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ABŞ generalı Amerika Hərbi Hava Qüvvələrinin hərəkətinə görə dövlət başçısından üzr istəyib. Con Kempbell Qunduz şəhərində baş verən insident barədə məlumatları prezidentə təqdim edib, atılan bombalardan birinin “Sərhədsiz həkimlər” təşkilatının hospitalının binasına düşməsindən təəssüfləndiyini bildirib.

“Taliban” yaraqlılarının mövqelərinə hücum edən ABŞ təyyarələri şəhərdəki hospitala da bomba atıb. Bu zamanı hospitalda 100-dən çox pasient və təşkilatın 80 əməkdaşı olub. Son məlumata görə, aviazərbənin qurbanlarının sayı 16 nəfərə çatıb. Bu rəqəm yekun məlumat deyil və arta bilər. Hadisə nəticəsində azı 37 nəfər yaralanıb, 30-a yaxın insan isə itkin düşüb.

“Sərhədsiz həkimlər” təşkilatı belə bir fakta xüsusi diqqət yetirir ki, hospitala bomba düşməsi barədə Kabildəki və Vaşinqtondakı əfqan və amerikan hərbçilərinə məlumat verilməsinə baxmayaraq, bombardman bundan sonra da yarım saat davam edib.

Təşkilatın yaydığı bəyanatda vəziyyətin dərhal araşdırılması, dəhşətli insidentin necə baş verdiyinə aydınlıq gətirilməsi tələb olunur.


Teqlər:  





Xəbər lenti