AFFA-dan müraciət: oyuna 4 saat tez gəlin

AFFA-dan müraciət: oyuna 4 saat tez gəlin
  03 Oktyabr 2015    Oxunub:4511
AFFA Azərbaycan – İtaliya oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu ilə əlaqədar 2 vacib məlumatı azarkeşlərin diqqətinə çatdırır:

- Oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar;

- Bakı Olimpiya Stadionunun avtomobil dayanacağında cəmi 2500 avtomobilin parklanması üçün yer olduğuna görə oyuna daha tez gələn azarkeşlər avtomobilini orada saxlaya biləcək və nəqliyyat vasitələrinə dayanacaqda nəzarət olunacaq.


Teqlər:





Xəbər lenti