Yeni yaşayış massivinə qaz verilib

Yeni yaşayış massivinə qaz verilib
  03 Oktyabr 2015    Oxunub:1502
Bu gün Yevlax rayonunun 32-ci məhəlləsində yerləşən yeni yaşayış massivinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, yaşayış sahəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6075 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 137 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Teqlər:





Xəbər lenti