Moskvada Avropanın ən böyük məscidi – FOTOLAR (VİDEO)

Moskvada Avropanın ən böyük məscidi – FOTOLAR (VİDEO)
  23 Sentyabr 2015    Oxunub:6359
Bu gün Qurban bayramı ərəfəsində 10 il davam edən rekonstruksiya işlərindən sonra Rusiya paytaxtı Moskvada yerləşən, tutumuna görə Avropanın ən böyük məscidin açılış mərasiminin baş tutacağı planlaşdırılır.
Bu barədə AzVision.az “İTAR-TASS-a istinadən xəbər verir.

Məscidin açılış mərasimində bir neçə prezidentin iştirak edəcəyi gözlənilir. Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin öz iqamətgahında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, həmçinin Çeçenistan və Tatarıstan rəhbərləri Ramzan Kadırov və Rüstəm Minnəxanovu qəbul edəcək.

Bundan əlavə, Moskvada bu gün Rusiya prezidenti Vladimir Putin, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə üçtərəfli görüşünün də keçiriləcəyi gözlənilir.



Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti