Eynşteynin tapmacası - Psixoloji test

Eynşteynin tapmacası -  Psixoloji test
  11 Sentyabr 2015    Oxunub:33759
Dünyanın ən çətin tapmacasını tapacaq qədər zəkalısınızmı?
Deyilənlərə görə, bu tapmacanı Albert Eynşteyn uşaq olarkən fikirləşib tapıb. İnsanların yalnız yüzdə ikisi bu tapmacanı tapa bilib. Burada hansısa bir hiylə yoxdur və yalnız tək bir doğru cavab var. Tapmacanı çözmək üçün səbir və bir az məntiq lazımdır.

Beşi də fərqli rəngdə beş ev var. Hər evdə fərqli milətdən insan yaşayır. Hər ev sahibi fərqli içki içib, fərqli idman edir və fərqli bir heyvan saxlayır.
Heç kimsədə eyni heyvan olmadığı kimi, heç kim eyni idmanı etmir və eyni şeyi içmir.

Kimin balığı var?

Faktlar:

1.
İngilis qırmızı evdə yaşayır.

2. İsveçli it saxlayır.

3. Danirmarkalı çay içir.

4. Yaşıl ev ağ evin solundadır.

5. Yaşıl evin sahibi qəhvə içir.

6. Futbol oynayan kişi quş saxlayır.

7. Sarı evin sahibi beysbol oynayır.

8. Ortadakı evdə yaşayan adam süd içir.

9. Norveçli ilk evdə yaşayır.

10. Voleybol oynayan adam pişik saxlayan adamın qonşusudur.

11. Atı olan adam beyzbol oynayan adamın qonşusudur.

12. Tenis oynayan ev sahibi pivə içir.

13. Alman xokkey oynayır.

14. Norveçli mavi evlə qonşudur.

15. Voleybol oynayan adam su içənin qonşusu.

Bu tapmacanı tapmaq üçün sxem qurmanız lazımdır:

Hər ev üçün bir sütun ; milliyyət, evin rəngi, içkinin tipi, idman və heyvan növü üçün beş sıra.

İpucları:

8-ci fakt ortadakı evdə outran adamın süd içdiyini və 9-cu fakt birinci evdə yaşayan adamın norveçli olduğunu bildirir, bunları sxemə yerləşdirə bilərik.



Bundan sonra ediləcək şey ipuclarından istifadə edib məntiqinizi işlətməkdir.

Sizə uğurlar.


Hazırladı Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti