Habil Əliyev komadan ayılmır

Habil Əliyev komadan ayılmır
  03 Sentyabr 2015    Oxunub:2747
“Habil Əliyevin səhhətində heç bir yenilik yoxdur, hələ komadadır”.
Bu barədə AzVision.az - a xalq artistinin ailə üzvləri məlumat verib: “Hazırda Habil müəllim komadadır. Bütün ailə üzvləri, yaxınları, qızı, oğlu ətrafındadır. Həkimlər əllərindən gələni ediblər. Qızlarının üçü də həkimdir. Komada isə heç bir reaksiya verilmir”.

Habil Əliyevin öz otağında olduğunu deyən ailə üzvlərinin sözlərinə görə Mərkəzi Klinikanın həkimləri də onun yanındadır:

“ Heç kim otağına buraxılmır. Xəstəxanaya aparılmışdı. Amma öz istəyi ilə sonradan evə gətirildi. Buna baxmayaraq həkim nəzarətindədir”.

89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada səhhəti normallaşan Habil Əliyev müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdı.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti