DSX əsgər ölümü xəbərini təkzib etdi

DSX əsgər ölümü xəbərini təkzib etdi
  03 Sentyabr 2015    Oxunub:2636
Dövlət Sərhəd Xidməti erməni KİV-lərində yayılan xəbərə münasibət bildirib.
DSX-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 03.09.2015-ci il tarixində Ermənistanın bəzi kütləvi informasiya vasitələrində, o cümlədən www.razm.info saytında guya Dövlət Sərhəd Xidmətinin Füzuli rayonunda yerləşən hərbi hissəsinin hərbi qulluqçusu 1991-ci il təvəllüdlü Orxan Yaqubovun öldürüldüyü, Dövlət Sərhəd Xidməti tərəfindən isə hərbi qulluqçunun valideynlərinə onun intihar ertməsi barədə məlumat verildiyi, lakin qohumlarının onun xidmət yoldaşları tərəfindən qətlə yetirildiyini iddia etdikləri barədə məlumat yayılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirir ki, bu məlumat tamamilə yalandır və təxribat xarakteri daşıyır, Sərhəd Qoşunlarında Orxan Yaqubov adında hərbi qulluqçu xidmət etmir və ümumiyyətlə belə bir hadisə baş verməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti