Azyaşlı və qadın narkomanlar - Dəhşətli statistika

Azyaşlı və qadın narkomanlar - Dəhşətli statistika
  03 Sentyabr 2015    Oxunub:3619
Narkomanlığa düçar olmuş vətəndaşların sosial və tibbi reabilitasiyası gücləndirilib.

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hər il dünyada narkotik istifadəçilərinin sayı artır. Dünya statistikasına nəzər salsaq görərik ki, narkotiklərdən istifadə hələ 2012-ci ildə 183 000 ölüm faktına səbəb olub.

2011-ci illə müqayisədə bu aşağı göstərici olsa da bu 15-64 yaş arasında olan gənc və orta nəsil üçün kiçik rəqəm sayıla bilməz. Yeniyetmələrin narkomaniya xəstəliyinə düçar olması hazırkı dövrün ən aktual məsələlərindəndir.

Beləki, birincisi, narkotiklərdən ilk istifadənin əksər halları məhz bu yaş dövründə baş verir (narkomaniya xəstəliyinin 70% yaxın halları), ikincisi isə, narkotik vasitələrin təsiri (uzun müddətə narkotiklərlə zəhərlənmə) inkişafda olan orqanizmə məhvedici təsir göstərir. Rəsmi statistikaya əsasən 2013-cü il üçün –narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında 1324 nəfər, onlardan 20 nəfəri qadındır. 25-29 yaş arasında olan şəxslər 3850 nəfər, onlardan 43 nəfəri isə qadın təşkil etdiyi halda, 2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfər təşkil edir.

2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti