İlham Əliyev ən uca boylu prezident oldu

İlham Əliyev ən uca boylu prezident oldu
  03 Sentyabr 2015    Oxunub:32320
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) prezidentləri arasında ən uca boyludur.
Bu haqda "CA-News" aqentliyi təqdim etdiyi infoqrafikada xəbər verib. Azərbaycan prezidentinin boyu 190 sm-dir. Bununla da o, MDB məkanında prezidentlər arasında ən uca boylu prezident hesab edilir.

İnfoqrafikada bir sıra ölkələrin prezidentlərinin boy ölçüləri qeyd olunub. Onlar arasında Türkmənistan, Azərbaycan, Tacikistan, Belarusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Ermənistan, Rusiya, Ukrayna prezidentləri var.

Şəkildə hər birinin boyu aydın görünür. MDB ölkələrində ən hündürboy prezidentin Azərbaycan Prezidenti İlham Əliyev, ən alçaq boylunun isə erməni prezidenti Serj Sarkisyanın olduğu üzə çıxıb. (Ans)


Teqlər:  





Xəbər lenti