`Şengen rejimi ləğv edilməlidir` - Çexiyanın vitse-prezidenti

`Şengen rejimi ləğv edilməlidir` - Çexiyanın vitse-prezidenti
  01 Sentyabr 2015    Oxunub:1795
Avropanın üzləşdiyi ağır miqrant problemilə əlaqədar çıxış edən Çexiyanın vitse-prezidenti Andrey Babis NATO-dan qaçqın axının qarşısını almağı, eləcə də Avropa sərhədlərinin mühafizəsini tələb edib.

AzVision.az Almaniyanın “Der Spiegel” jurnalına istinadən bildirir ki, Babis kütləvi qaçqın axınının Avropa üçün açıq-aşkar böyük bir təhlükə olduğunu deyib və bidirib ki, bu məsələdə mütləq NATO cavabdehliyi öz üzərində götürüb, sərhədlərin təhlükəsizliyini təmin etməlidir.

Vitse-prezident Andrey Babis həmçinin təklif edib ki, qaçqın problemi həllini tapmayınca Avropa ölkələri arasındakı “şengen rejimi” müvəqqəti dayandırılmalıdır.

Çexiyanın prezidenti Milos Zeman da öz adından İtaliya və Avstriyaya səslənərək sərhədləri daha ciddi müzahfizə etməyi məsləhət bilib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti