Tərtərdə toy çadırı atəşə tutuldu - 3 yaralı (Yenilənib)

Tərtərdə toy çadırı atəşə tutuldu - 3 yaralı  (Yenilənib)
  01 Sentyabr 2015    Oxunub:4848
Tərtərin Qapanlı kəndində toy çadırı Ermənistan Silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan onları Tərtər rayon mərkəzi xəstəxanası qəbul etməyib.

Yaralılar hazırda təcili tibbi yardım maşını ilə Bərdə rayon xəstəxanasına aparılır.

Hələlik yaralılardan birinin adı məlumdur. O kənd sakini Müşkinaz Əliyevadır.

***

Tərtərdə Ermənistan Silahlı qüvvələri tərəfindən atəşə tutulan toy çadırında yaralananların adları bəlli olub.

Bunlar kənd sakinləri 1962-ci il təvəllüdlü Müşkinaz Əliyeva, 1968-ci il təvəllüdlü Mədinə Əhmədova və 2013-cü il təvəllüdlü Zəhra Əhmədovadır. Az yaşlının xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərilikdən sonra evə buraxılıb.

47 yaşlı Mədinə Əhmədova qolunnan güllə yarası alıb onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Müşkinaz Əliyeva vəziyyəti isə ağırdır. O Bərdə mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə saat 13:48-də geydə alınınıb. (Ans)


Teqlər:  





Xəbər lenti