“E-manat”dan 10 min pul oğurladılar
Bildirilir ki, avqustun 31-də saat 04 radələrində Ağcabədi şəhərində “İnkişaf üçün maliyyə” MMC-nin Ağcabədi rayon filialının inzibati binasına pəncərədən girmiş şəhər sakinləri Xəyal Talıbov, Elmir Gülmalıyev və Cəmaləddin Hüseynov oradakı otaqlardan birində olan seyfdən 235 manat, habelə digər otaqda quraşdırılmış “E-manat” ödəmə terminalından 10879 manat oğurlayıblar.
Cinayəti törədənlər şəxslər elə hadisə yerini tərk edərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Teqlər: