SENSASİYA: Quran Məhəmməd peyğəmbərdən əvvəl yaranıb?

SENSASİYA: Quran Məhəmməd peyğəmbərdən əvvəl yaranıb?
  01 Sentyabr 2015    Oxunub:4571
İngiltərənin məşhur “Times” qəzeti İslam dininin əsas kitabı olan “Quran-i Kərim”in Məhəmməd peyğəmbərdən əvvəl yazılması ilə bağlı sensasiya yaradacaq yazı dərc edib.

AzVision.az qəzetə istinadən xəbər verir ki, Birmingham Universitetinin kitabxanasında bir ay öncə tapılan bir Quran perqamenti üzərində aparılan araşdırma beə bir iddianı səsləndirməyə əsas verir.

Belə ki, testlər perqamentin 568 və 645 illəri arasında yazıldığına işarət edir.
Məhəmməd peyğəmbərin doğum tarixi isə 570-ci (bəzi qaynaqlara görə 571-ci il göstərilir) – ölüm tarixi isə 632-ci il qeyd edilir

Xəbərdə deyilir: “Araşdırmalara görə bu perqament ən gec üçüncü Xəlifə Osmanın əmri ilə Quranın yığıldığı 653-cü ildən əvvələ, ən erkən tarix olaraq isə Məhəmməd peyğəmbərin uşaqlıq dönəminə aiddir. Hətta daha dəqiqi Məhəmməd peyğəmbər doğulmadan öncə yazılıb.”

Qeyd edək ki, bu iddialara bir çox tarixçilər qarşı çıxaraq, karbon testlərinin hər zaman etibarlı olmadığını vurğulayıb.

Qəzet isə öz növbəsində xəbərin doğruluğunu müdafiə edərək, tapılan perqamentin varlığının Quranın kökünə bağlı ənənəvi məlumatları gücləndirdiyini yazıb.

Aysel Əliyeva


Teqlər:  





Xəbər lenti