Müdafiə Nazirliyi: Bu məlumatlar yalandır

Müdafiə Nazirliyi: Bu məlumatlar yalandır
  01 Sentyabr 2015    Oxunub:2941
Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin guya diversiya keçirərək cəbhədə itki verməsi barədə növbəti dəfə yalan və dezinformasiya xarakterli məlumat yayıblar.
Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq öz hərbi bölmələrində nizam-intizamsızlıq səbəbindən hərbçiləri arasında baş verən atışmanı xalqdan gizlədərək həqiqəti çatdırmaqdan çəkinir və buna bənzər xəbərlər yaymaqla narazı ictimaiyyəti sakitləşdirməyə cəhd göstərir.

Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir.


Teqlər:  





Xəbər lenti