Bakıda oteldə yanğın olub

Bakıda oteldə yanğın olub
  01 Sentyabr 2015    Oxunub:1743
Bakı şəhərinin Səbayel rayonunda yerləşən otellərin birində yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 7 mərtəbəli otelin 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan mətbəxin lambirdən ibarət tavanın bir hissəsi yanıb.

Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti