YAP-ın deputat siyahısı dəyişib

YAP-ın deputat siyahısı dəyişib
  31 Avqust 2015    Oxunub:3619
Yeni Azərbaycan Partiyasının parlament üzvlüyünə namizədlərin siyahısına bir sıra dəyişikliklər olunub.

Belə ki, partiyanın icra katibinin müavini Siyavuş Novruzov ANS-ə açıqlamasında söyləyib ki, namizədlər siyahısına yeni adlar daxil edilib. Partiya daxilində aparılan tədqiqatlar nəticəsində həmin şəxslər barəsində məlumatlar toplanıb. Dairələr üzrə namizəd siyahısı bu həftə ərzində ictimaiyyətə açıqlanacaq.

Siyavuş Novruzov əlavə edib ki, artıq bütün namizədlər müəyyənləşib: “Təbii ki, partiyanın tərkibində dəyişikliklər var. Hər hansı bir şəxsin namizədliyini irəli sürmək idarə heyətinin qərarından asılıdır. Amma əksər dairələr üzrə namizədlər olacaq. Orada tanınmış, paralmentdə təmsil ounmuş və olunmamış şəxslər var. Bunların hamısı artıq müəyyənləşib”


Teqlər:  





Xəbər lenti