Vaqif Cavadov `Qəbələ`də

Vaqif Cavadov `Qəbələ`də
  31 Avqust 2015    Oxunub:8814
“Qəbələ” "Xəzər Lənkəran"ın hücumçusu Vaqif Cavadovun transferini rəsmiləşdirib.
AzVision.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ təmsilçisi “transfer pəncərəsi”nin son günündə Azərbaycan millisinin futbolçusunu heyətinə qatıb.

V.Cavadovla 4 aylıq anlaşma əldə olunub. 26 yaşlı futbolçu ilin sonuna kimi "Qəbələ"də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Vaqif Cavadov “Qəbələ”yədək Rusiya MOİK-inin əvəzedici heyətində (2000-2007), “Qarabağ” (2007-2010, 2012-2013), Hollandiya “Tvente”sində (2010-2011) “Bakı” (2010-2011), Nijni-Novqorod “Volqa”sında (2011-2012), “İnter” (2013-2014), Türkiyənin “Qaziantep Böyükşehir Bələdiyyəsi” və "Boluspor" (2014-2015) klublarında legioner həyatı yaşayıb. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Cavadov Azərbaycan milli komandasında 58 qarşılaşmada 9 qol vurub.

AzVision.az


Teqlər:  





Xəbər lenti