Nyu Meksikonun nümayəndə heyəti MM-də olub

Nyu Meksikonun nümayəndə heyəti MM-də olub
  31 Avqust 2015    Oxunub:1255
Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova ABŞ-ın Nyu Meksiko ştatının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, vitse-spiker vurğulayıb ki, Azərbaycan-ABŞ münasibətləri strateji müttəfiqliyə əsaslanır:

"Ölkələrimiz arasındakı əlaqələr yalnız rəsmi dövlət səviyyəsində deyil, vətəndaş cəmiyyəti və icmalar səviyyəsində də dərinləşir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan bu sahədə əldə etdiyi nailiyyətləri bütün regionun mənafeyi üçün istifadə edir. Demokratik quruculuq yolunda ABŞ bizim üçün yaxşı örnəkdir”.

B. Muradova razılıqla qeyd edib ki, ABŞ-ın 15-dən çox ştatı, o cümlədən Nyu Meksiko Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul edib.

Qonaqlara məlumat verilib ki, Milli Məclisin sədri Oqtay Əsədov hazırda ABŞ-da səfərdədir. Spiker Parlament Sədrlərinin Nyu-Yorkda keçirilən 4-cü Ümumdünya Konfransında iştirak edir.

Qonaqların nəzərinə çatdırılıb ki, Azərbaycan müxtəlif etnik qruplara və dinlərə mənsub insanların rahat yaşadığı tolerant ölkədir.

Nümayəndə heyətinin başçısı xanım Mari Kuper-Papen ölkəmizə səfərdən məmnunluqlarını ifadə edib.

Görüşdə Dağlıq Qarabağ problemindən, işğal altındakı bölgələrdən danışılıb. Azərbaycanın növbəti parlament seçkiləri ərəfəsində olduğunu deyən Bahar Muradova bildirib ki, tezliklə fəal seçki kampaniyası başlanacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti