Maliyyə böhranı turistlərin sayına təsir etdi
A.İsmiyev bildirib ki, bir sıra bölgələrdə yeni mehmanxanaların açılması ümumilkdə Azərbaycanda turizm sektorunun inkişafına səbəb olub: “Hər il olduğu kimi bu il də bir sıra bölgələrdə turizm obyektləri açılıb. Düşünürəm ki, bu da Azərbaycanda turizmin inkişafına töfhəsini verib. Sentyabr ayında ilin yekunları ilə bağlı nəticələr bilinəcək. Həmin nəticələr əsasında bu il Azərbaycana nə qədər turistin gəldiyi və daha çox hansı bölgələrimizə getdikləri məlum olacaq”.