ASAN Könüllülərinin “Yay Məktəbi” davam edir - FOTOLAR

ASAN Könüllülərinin “Yay Məktəbi” davam edir - FOTOLAR
  30 Avqust 2015    Oxunub:4502
ASAN Könüllülərinin “Yay Məktəbi”nin II gündə gənclər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Cənab İnam Kərimovla görüş keçiriblər.
Gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirən İnam Kərimov bildirib ki, Yay Məktəbinin keçirilməsi könüllülərin asudə vaxtlarını səmərəli keçirməsi, müxtəlif diskusiyalar zamanı bililklərini artırması üçün təqdirə laiqdir.

İnam Kərimov bildirib ki, Azərbaycanda könüllülük fəaliyyətinə ən böyük dəstək Prezident İlham Əliyev tərəfindən göstərilən qayğıdır. Dövlətimizin başçısının üç il əvvəl “ASAN xidmət” mərkəzinin açılışında könüllülərlə görüşməsi, eyni zamanda, ötən ilin dekabrında Sabirabadda keçirilən ASAN könüllülərinin Forumunda iştirak etməsi, öz tövsiyələrini verməsi bu qayğıya bariz nümunədir.

Daha sonra Könüllü gənclər qonağa onları maraqlandıran suallar veriblər.

ASAN Könüllülərinin “Yay Məktəbi” ərzində iştirakçılar Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının rəhbəri Rəşad Əzizov, Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasovla da görüşlər keçirib “Dövlət gənclər siyasəti” mövzusunda müxtəlif diskusiyalar aparıblar. Həmçinin gənclər Qax rayonunda XVIII əsrə aid Ulu məsciddə, XVI əsrə aid İçəri Bazarda, tarixi Qum kəndində olublar, rayonun tarixi ilə bağlı maraqlı məlumatlar alıblar.

Qalereya




Teqlər:  





Xəbər lenti