Platini UEFA prezidenti olmayacaq

Platini UEFA prezidenti olmayacaq
  29 Avqust 2015    Oxunub:2011
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini 2016-cı ilin fevral ayında Beynəlxalq Futbol Federasiyasının (FİDE) prezidenti vəzifəsinə seçkilərin nəticələrindən asılı olmayaraq, 2019-cu ildə UEFA-nın yeni rəhbəri seçkilərində öz namizədliyini irəli sürməyəcək. Monakoda Avropa futbol mövsümünün başlanmasına həsr edilmiş mətbuat konfransında bu barədə Platini özü bəyanat verib.

Platini “Reuters” agentliyinə müsahibəsində deyib: “Əgər FİFA-nın prezidenti vəzifəsinə seçkilərdə qalib gələ bilməsəm, mənim üçün UEFA-da indiki müddət sonuncu olacaq. Bəli, mənim qərarım belədir”.

Xatırladaq ki, Platini 2015-ci ilin mart ayında üçüncü dəfə dörd il müddətinə UEFA-nın prezidenti vəzifəsinə seçilib. İyulun 29-da o, FİFA-nın prezidenti vəzifəsinə öz namizədliyini irəli sürəcəyini elan edib. Bu vəzifə uğrunda mübarizədə onun rəqibi Koreya Futbol Assosiasiyasının sabit rəhbəri Çon Moncundur.

Yeri gəlmişkən, Platini FİFA prezidenti vəzifəsinə seçkilərdə qalib gələcəyi təqdirdə FİFA-nın və UEFA-nın nizamnamələri onun hər iki təşkilatda eyni vaxtda vəzifə tutmasına imkan verir.

1998-ci ildən FİFA-ya rəhbərlik edən Yozef Blatter bu il mayın 29-da İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin şəxsində yeganə rəqibinə qalib gələrək beşinci müddətə həmin vəzifəyə seçilib, lakin artıq iyunun 2-də bu vəzifədən getdiyini bəyan edib.

FİFA-nın İcraiyyə Komitəsi özünün növbədənkənar iclasında qərara alıb ki, bu təşkilatın prezidenti vəzifəsinə növbədənkənar seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək.



Teqlər:





Xəbər lenti