`Sən bitmisən, Arif Məmmədov` - Elşən Musayevdən keçmiş səfirə sərt sözlər
Bu fikirləri aktual.az-a Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev sabiq səfir Arif Məmmədovun yazdığı və məzmun etibarilə öz keçmiş dostlarını vəfasızlıqda ittiham etdiyi “facebook” statusuna münasibət bildirərkən söyləyib.
“Bəs nə bilmişdin? Sənə olar, onlara yox? Elə zənn edirdin ki, vicdansızlığın, çörək tapdalamağın, daha doğrusu çörəyi diz üstdə saxlamağın, riyakarlığın yalnızca bir üzü olur? Hamısını tək edəcəksən?
Əlbət, bunlar gözlənilən idi. Çünki hər pisliyin bir bədəli, bir qarşılığı olur. Və ya necə ki sən 100 minlik maşınlarda gəzib, saatı 1000 evro olan masaj salonlarında oturub, hər gün 200 dollarlıq qəlyənaltı edib + diplomatiyadan başqa hər şeyə zaman ayırıb sonucda iqtidara dönük çıxdın ha, bax indi də eynisini özünə qarşı dostların edir. Ona görə də, təəccüblənmə. Əksinə, təəccüblənməkdənsə elədiyin qələtləri, yediyin “hat”ları xırdala. Əsl motivi aç, yanan bina ilə bağlı yazdığın statusun gerçək səbəblərini söylə.
Söyləməzsən təbii. O zaman icazənlə mən deyim: Dövlətə pul “atmağın”, separat fəaliyyətin, açıq “işverənliyin” haqda hakimiyyətin yuxarı eşalonları məlumatlı idi artıq. Və bunu özün də bilirdin. Bilirdin ki, yaxın günlərdə ipin qırılacaq. Ona görə qabaqdangəlmişlik edib od püskürdün, siyasi immunitetini formalaşdırmağa çalışdın. Adını da qoydun vətənpərvərlik.
Amma hara qədər? Necə? Nə cür? Sərgilədiyin rəzillik bir deyil, iki deyil. Hansını sığortalayacaqsan? Dövlətdən oğurladığın pullarla “Hotel Le Plaza Brussels” – in 3 - cü mərtəbəsində hər həftə sonu düzənlədiyin əyləncə məclislərininmi hesabını verəcəksən, yoxsa səni hifz etmək üçün diplomatik korpus nümayəndələrinə göndərdiyin bahalı hədiyyələrinmi? Gündəlik təlimat aldığın erməni lobbisinimi ələ verəcəksən, yoxsa ələkçinin qıl verəni obrazında ətəyini qatlayan Əli Kərimli tipajlı radikal ünsürlərimi?
Sən bitmisən, Arif Məmmədov. Odur ki, nə dostlarının nə də bizim zəhləmizi tökmə. Get nərdini oyna, tütəyini çal. Bir az rahatlaş, istirahət elə. İnsan bütün həyatını mundar notlar üzərindən kökləməz axı...” – deyə Partiya sədri fikirlərinə davam edib.
Teqlər: