Bakıda məşhur şirkətdən xəzinə aparıldı

Bakıda məşhur şirkətdən xəzinə aparıldı
  29 Avqust 2015    Oxunub:2180
Avqustun 28-də gecə saat 04:00 radələrində Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər “Qaraçay” tikinti şirkətinin ofisinə girərək içərisi pulla dolu olan seyfi aparıblar.

Bu barədə Vesti.Az-a Xətai rayon Polis şöbəsindən məlumat verilib.

Məlumata əsasən, cinayətkarlar mühafizəçi Bəşirova Zama Əbdülseyid qızını (1948) bıçaqla hədələyərək onun əl-qolunu bağlayıblar.

Sonra isə ofisə daxil olaraq 90×35 sm ölçüsündə və içərisində 50 min manat və şirkətin sənədləri olan seyfi oğurlayıblar.

Hələlik cinayətkarların şəxsiyyətləri müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti