Ağdamda iki maşın toqquşdu, 4 yaralı

Ağdamda iki maşın toqquşdu, 4 yaralı
  29 Avqust 2015    Oxunub:1720
Ağdamda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonu Alıbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Laçın rayonundan məcburi köçkün, 1967-ci il təvəllüdlü Mövlanverdiyev Vidadi Mövlan oğlunun idarə etdiyi VAZ 21099 markalı 20 BZ 626 nömrə nişanlı avtomobillə Ağdam rayon Quzanlı-1 qəsəbəsində məskunlaşan məcburi köçkün, 1966-cı il təvəllüdlü Mirzəyev Şakir İsmayıl oğlunun idarə etdiyi VAZ 2101 markalı, 66 BB 865 nömrə nişanlı maşın toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və V. Mövlanverdiyevin sərnişinləri - həyat yoldaşı, 39 yaşlı Məmmədova Şərafət Firiş qızı və oğlu, 1999-cu il təvəllüdlü Mövlanverdiyev Mövlanverdi Vidadi oğlu müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə MRX-ya çatdırılıblar. Hər iki sürücünün vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti