Bakıda qadını şantaj edib on min istədilər

Bakıda qadını şantaj  edib on min istədilər
  28 Avqust 2015    Oxunub:3346
Bakı şəhərində dələduzluq faktının qarşısı alınıb. Hadisə Səbail rayonunda qeydə alınıb.
Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elvin Nəbiyev internet vasitəsi ilə tanış olduğu qadın barəsində rüsvayedici videogörüntülər yayacağı ilə hədələyib, ondan 10.000 manat tələb edərkən tutulub.

Bundan əvvəl də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Günel Cavadova barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 manat alarkən paytaxt sakini Elmir Məmmədov tutulmuşdu.


Teqlər:  





Xəbər lenti