Sergey Lavrov Azərbaycana gəlir

Sergey Lavrov Azərbaycana gəlir
  28 Avqust 2015    Oxunub:1952
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər gəlir.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, səfər sentyabrın 1-də baş tutacaq.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, regionda gedən proseslər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.


Teqlər:





Xəbər lenti