Dövlət təhsil alan jurnalist övladlarına 500 dollar ödəyəcək

Dövlət təhsil alan jurnalist övladlarına 500 dollar ödəyəcək
  28 Avqust 2015    Oxunub:3588
Nazirlər Kabineti "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında" qərarında dəyişiklik edib.
AzVision.az-ın xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliklə AZƏRTAC-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladlarının hər birinin aylıq təhsil haqlarının 500 ABŞ dollarından çox olmayan hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, qərar 2016-cı il 1 yanvarından qüvvəyə minəcək.

AzVision.az




Teqlər:  





Xəbər lenti